Daxili Qoşunların yeni komandanı hərbi hissədə olub

Daxili Qoşunların yeni komandanı hərbi hissədə olub

Hazırda oxunan: Daxili Qoşunların yeni komandanı hərbi hissədə olub

40548
Daxili Qoşunların yeni komandanı Bakıda hərbi hissədə olub. 

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən "N" saylı hərbi hissəsində olub.Moderator.az  xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO